7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında vergi xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbir təşkil olunub.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi əməkdaşlarını bayram münasibətilə təbrik edib. Qeyd olunub ki, bu gün dövlət büdcəsinə vergi daxilolmalarının artımı, iqtisadiyyatda şəffaflaşmanın təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və s. sahələrdə müsbət nəticələrin bünövrəsində vergi xidməti işçilərinin fədakar əməyi, peşəkarlığı və yorulmaz fəaliyyəti dayanır.

DVX rəisi vergi sisteminin qarşısında duran strateji vəzifələrə yalnız peşəkar, səriştəli komanda ilə çatmağın mümkünlüyünü diqqətə çatdırıb. O.Nəzərli qarşıda duran yeni çağırışlar, inkişaf strategiyası barədə fikirlərini çatdırıb, əməkdaşlara işlərində uğurlar arzulayıb.

Sonra peşə bayramı münasibətilə konsert keçirilib. Konsert proqramında respublikanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?