15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il vergi ödəyicilərinə xidmət mərkəzlərində 650 minədək şəxs qəbul edilib

2023-cü il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 648.352 şəxs qəbul edilib və onlara 1.120.925 sayda xidmət göstərilib ki, bunlardan 287 mini şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 239 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,1 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

• Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

• Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

• Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

• Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;

• Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;

• Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

• Asan İmza sertifikatlarının verilməsi;

• Vergi ödəyicilərinə arayışların verilməsi;

• Fiziki şəxsin uçotdan çıxarılması;

• Vergi ödəyicisinin fəaliyyətinin bərpası.

2023-cü il ərzində vergi ödəyicilərindən daxil olmuş 30 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 10,3 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 645 minə yaxın SMS göndərilib. Dövr ərzində 3.197 vergi ödəyicisinin iştirakı ilə 289 görüş keçirilib, 5.309 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Hesabat dövründə 247.743 müraciət üzrə 424.740 Asan İmza sertifikatı verilib. 21 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?