24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizi vergilərdən çıxılacaq VİDEO

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə dövriyyəsi aşağı olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması nəzərdə tutulub. 

Mikro sahibkarlıq subyektlərinin maliyyə - iqtisadi vəziyyəti təhlil edilərkən mövcud vəziyyətdə onların əldə etdikləri gəlirlərin sabit sosial xarakterli xərclərinin ödənilməsi üçün yetərli olmadığı müəyyənləşdirilib. Belə olan halda, bu cür xərclər yeni fəaliyyətə başlayan mikro sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü yaratdığından sosial sığorta haqlarının vergi öhdəlikləri ilə əvəzləşdirilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə mikro sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığının təmin edilməsi və sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına kompensasiyası məqsədilə onların özlərinə görə ödədikləri sosial sığorta haqqı məbləğlərinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması təsbit olunub.

Bununla da, həm çəkilən xərclərin kompensasiyası, həm də qeyri-rəsmi dövriyyələrin “ağardılması” hədəflənir, eyni zamanda, dəyişiklik sosial – iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü kimi çıxış edir.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?