15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsində dəyişiklik film sənayesinin inkişafına gətirib çıxaracaq

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023-cü il tarixli qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri də film istehsalı üzrə vergi təşviqlərinin verilməsi ilə bağlıdır.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Dövlət Vergi Xidmətinə aid fəaliyyət istiqamətləri üzrə Tədbirlər Planında mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərə, o cümlədən milli kinofilm istehsalçıları və dublyaj fəaliyyətinə təşviqlərin verilməsi nəzərdə tutulub.

Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə film istehsalını və dublyaj fəaliyyətini həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi 2024-cü ilin yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.

Mədəniyyət Nazirliyindən “vergiler.az”ın sorğusuna cavab olaraq bildirilib ki, bu dəyişiklik kino sahəsində mikro sahibkarlıq subyektlərinin gələcəkdə fəaliyyətlərini genişləndirməsinə stimul yaradacaq: “Dəyişiklik nəticəsində sözügedən güzəştin şamil olunduğu kino müəssisələri əldə etdikləri mənfəətdən az vergi ödəməklə yeni istehsal edəcəkləri kino məhsulu üçün ilkin maliyyə əldə etmiş olacaqlar. Bu isə ölkədə kino sahəsində istehsal həcminin artmasına, film sənayesinin inkişafına gətirib çıxaracaq”.

İlhamə İSABALAYEVA

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?