Vergi təqvimi
2019-cu ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli bəyannamələr, hesabatlar və ödənilməli vergilər barədə
Y A D D A Ş
Gəlir və mənfəət vergisinin ödəyiciləri tərəfindən
2019-cu ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin iyul ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin iyun ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
• Əlavə dəyər vergisinin bəyannaməsi;
• Aksiz bəyannaməsi;
• Yol vergisinin bəyannaməsi;
• Mədən vergisinin bəyannaməsi;
• Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
• Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi
2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim olunmuş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
• Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
• 2019-cu ilin 2-ci rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları sadələşdirilmiş verginin bəyannaməsi (daşınan və daşınmaz əmlak üçün icarə haqqı ödənildiyi halda 2 nömrəli Əlavə ilə birlikdə) 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
• 2019-cu ilin 2-ci rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri istisna olmaqla)
* 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli,
* 2019-cu ilin iyun ayı üzrə hesablanmış vergi isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
2019-cu ilin 2-ci rübünə görə sığortaedənlər tərəfindən
• Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat,
• İşsizlik sığortası üzrə rüblük hesabat
* 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli,
* 2019-cu ilin iyun ayı üzrə hesablanmış sığorta haqları isə 2019-cu ilin iyul ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
• 2019-cu ilin 2-ci rübünə görə vergi ödəyiciləri tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
• Xüsusi notariusun gəlir vergisi bəyannaməsi 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2019-cu ilin iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
• Dövlət rüsumu haqqında hesabat 2019-cu ilin iyul ayının 22-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).
Qeyd: 20.07.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən, həmin tarixlərdə təqdim olunmalıə bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.07.2019-cu il tarixinə keçirilib.