7 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV depozit hesabına ödəmənin gecikməsinə görə cərimə varmı?

Fərdi sahibkar kimi ƏDV qeydiyyatındayam. 2023-cü ilin yanvar ayının 8-də digər müəssisədən elektron qaimə-faktura əsasında mal almışam. Həmin malların dəyərini ödədiyim gün ƏDV depozit hesabında vəsait olmadığından ƏDV məbləğini iki iş günündən sonra nağdsız qaydada qarşı tərəfin ƏDV depozit hesabına ödədim. Bu halda qanunvericiliyin tələbi pozulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində ƏDV-nin məbləği bu Məcəllə ilə və Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir.

Qeyd olunanlara əsasən, yuxarıda göstərilən halda elektron qaimə-faktura üzrə alınmış malların dəyəri ödənilən gündən iki iş günü müddətində ƏDV-nin məbləği ödənildiyindən, vergi qanunvericiliyinin tələbləri pozulub və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq maliyyə sanskiyası tətbiq ediləcək.

Əsas: Vergi Məcəlləsinin 58.6-cı və 175.1.3-cü maddələri.

VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir? VergiUşaqlı ailələrə verilən vergi güzəşti işləyən hər iki valideynə tətbiq olunurmu? VergiSəhm satışından əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi borcunu haradan və necə öyrənə bilər? Vergi“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır? VergiGecikmiş ödəmələrə görə vergilər hansı qaydada hesablanacaq?