2 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

E-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri ilə bağlı "dəyirmi masa"

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə iqtisadçı ekspertlər və sahibkarların ictimai birlikləri arasında görüş keçirilir

İyunun 27-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində e-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri, bu zaman ortaya çıxan problemlər və onların həlli yolları ilə bağlı "dəyirmi masa" işə başlayıb. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, iqtisadçı ekspertlər, sahibkarların ictimai birlikləri, "böyük dördlük" nümayəndələri, sahibkarlar və onların mühasibat uçotu məsələləri ilə məşğul olan əməkdaşları və mühasiblər iştirak edirlər.

Tədbirdə təqdimatla çıxış edən Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov e-qaimə-fakturanın tətbiqi sahəsində mövcud vəziyyət barədə məlumat verib, vergi ödəyicilərinin bu sahədə rastlaşdıqları problemlərin həlli istiqamətində görülən işlər barədə danışıb. Bildirib ki, e-vergi hesab-fakturası anlayışının Vergi Məcəlləsindən götürülməsi və vahid e-qaimə-fakturanın tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflər hazırlanır. O, həmçinin, vergi qanunvericiliyinə dəyişikliklər çərçivəsində yeni bir layhə kimi malların elektron alış aktının tətbiqinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Tədbirdə iqtisadçı ekspertlər, müxtəlif şirkətlərin nümayəndələri təcrübə zamanı ortaya çıxan problemlər və çətinliklər barədə fikirlərini bölüşüb, bu məsələlərin həlli ilə bağlı təkliflərlə çıxış ediblər.

Təkliflərə münasibət bildirən N.Şirinov qeyd edib ki, ekspert cəmiyyətinin və sahibkarlar təşkilatlarının təqdim etdiyi təkliflər əsasında vergi inzibatçılığında bir sıra dəyişikliklərin aparılması qərara alınıb. Artıq malları təqdim edən tərəf e-qaimə-fakturanı ləğv etmək istədikdə, alan tərəfə 5 (beş) iş günü ərzində münasibət bildirmək imkanı əldə edəcək. E-qaimə-fakturada malların "bar kodları"nı əks etdirən sütun əlavə ediləcək. E-qaimə tərtb edilən zaman malgöndərənin (satıcı) bank rekvizitlərinə dair məlumatları seçmək imkanı olacaq. Agentin həyata keçirdiyi əməliyyatlar e-qaimə-fakturada nəzərə alınacaq. E-qaimə bölməsində "Reyestr" üzrə axtarış zamanı bir günlük limit artırılacaq, həmçinin göndərilən paketlərdəki qaimə sayı çoxaldılacaq. Paket səhv göndərilibsə, paketin özünü ləğvetmə imkanı olacaq.

"Dəyirmi masa" sabah da öz işini davam etdirəcək.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ