18 İyun 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yerli investisiyalı müəssisələrin e-qeydiyyatının xüsusi çəkisi 99 faiz olub

2023-cü il dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.507.494 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 9 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 175.064 təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən kommersiya qurumlarının sayında 9,7 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13 faiz artım qeydə alınıb.

2023-cü il dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34.554 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,8 faizi yerli investisiyalı, 12,2 faizi xarici investisiyalıdır, onların 84,7 faizi elektron qaydada qeydə alınıb. Ötən ilin müvafiq dövrünə nisbətən yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı 15 faiz artıb.

Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 99 faiz təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 2023-cü ilin 11 ayında 2.002 yerli investisiyalı MMC qeydiyyata alınıb.

2023-cü ilin yanvar – noyabr aylarında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 faiz artıb.

2023-cü ilin dekabr ayının 1-nə 22.368 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artıb.

VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir? VergiKarqo şirkətləri üçün tələblərdə hansı dəyişiklik edilib? Vergiİcarəyə götürülən obyekt üçün kod almaq mümkündürmü? VergiTorpaqların icarəyə verilməsi əməliyyatı ƏDV-yə cəlb olunurmu? VergiGüzəştli qiymətlə satış zamanı ƏDV hansı məbləğdən hesablanmalıdır? VergiQeyri-rezidentlərə xalis mənfəətə görə hesablanan vergi ilə bağlı dəyişikliklər VergiBazarın sahibi icarəyə götürülən obyektin vergi orqanında uçota qoyulmasını tələb edə bilərmi? VergiƏhalidən qızıl alışına çəkilən xərclər hansı formada gəlirdən çıxıla bilər? VergiKassa metodu ilə çalışan sahibkar üçün gəlirin əldə edilməsi vaxtı necə tənzimlənir? VergiHansı halda həyatın yığım sığortası üzrə sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərqdən vergi tutulur?