17 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstehsal fəaliyyəti və sənayeləşməni dəstəkləyən vergi təşviqləri tətbiq ediləcək

Ortamüddətli dövrdə ixracyönümlü istehsal fəaliyyətini və sənayeləşməni dəstəkləyən vergi təşviqləri tətbiq ediləcək.

"vergiler.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və "Caspian Energy Club”un birgə təşkilatçılığı ilə keçirilən B2G forumda çıxış edərkən DVX-nin rəis müavini Samirə Musayeva deyib. Onun sözlərinə görə, 2024-cü ilin 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulan, hazırda Milli Məclisdə iki oxunuşdan keçən Vergi Məcəlləsində dəyişikliklər layihəsi növbəti dəfə sahibkarlıq mühitinin təşviqini, sosial xarakterli güzəştlərin tətbiqini və sahibkarlara daha innovativ inzibatçılıq alətlərindən istifadə imkanlarını ehtiva edir.

“Daha əvvəl də “Caspian Energy Club”un tədbirlərində, sahibkarlıq subyektləri ilə keçirilən digər görüşlərdə sahibkarların səmərəli fəaliyyətinin inkişafı və mövcud ehtiyaclarının tənzimlənməsi üçün bir sıra təkliflər əldə edilib. Biz bu təklifləri il ərzində emal edirik və çalışırıq ki, burada bir sahibkarın və ya yalnız bir və yaxud məhdud sayda sektor üzrə sahibkarların deyil, bir sıra sektorların fəaliyyətinə töhfə verə biləcək təklifləri həm hökumətlə, həm də Milli Məclisdə müzakirələr zamanı təşviq edək”, - S.Musayeva qeyd edib.

DVX rəsmisi sahibkarların daha şəffaf şəkildə fəaliyyət göstərməsi, mənfəətli işləməsinin təşviq edilməsi üçün divident siyasətində dəyişikliyin təklif olunduğunu bildirib. Qeyd edib ki, 2024-cü ilin 1 yanvar tarixindən Qanuna dəyişiklik qüvvəyə mindikdən sonra dividentlər üzrə vergilərin 10 faizdən 5 faizə endirilməsi təklif olunur: “Bu, real investoru maraqlandıran təklifdir. İnvestisiya qoyuluşu zamanı, biznes mənfəətlə işlədiyi halda, mənfəət bölüşdürülərkən investor daha az vergi yükü ilə gəlir əldə edə bilər”.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?