13 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi hesabatlarının vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyası

Sadələşdirilmiş vergi ödəyicisiyəm. Səhhətimlə əlaqədar son iki rüb ərzində heç bir fəaliyyətim və gəlirim olmadığı üçün müvafiq hesabatları vergi orqanına təqdim etməmişəm. Hesabatın vaxtında təqdim edilməməsi barədə vergi orqanının xəbərdarlığı elektron kabinetimə daxil olub. Boş hesabatları indi təqdim etsəm maliyyə sanksiyası tətbiq olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, hesabat dövrü üzrə vergi tutulan əməliyyatlar aparan vergi ödəyicisi tərəfindən vergi hesabatının təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatlar aparılmadığı halda, müvafiq rüblər üzrə təqdim ediləcək hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 57.1-ci maddəsi

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?