15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX nümayəndələri Macarıstanda keçirilmiş beynəlxalq forumda iştirak ediblər

Macarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “İnsan resurslarının idarə edilməsi forumu” keçirilib. Tədbirdə 30-a yaxın ölkədən 50-dən çox nümayəndə iştirak edib, 40 nəfərə yaxın iştirakçı isə tədbirə onlayn formada qoşulub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev, həmin və idarənin əməkdaşı Məlakə Nəsirova, DVX-nin Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsinin əməkdaşı Şahin Hüseynli tədbirdə iştirak ediblər.

Açılış mərasimində IOTA-nın icraçı katibi Alix Perrignon de Troyes iştirakçıları salamlayaraq mahiyyəti və gözləntilər barədə məlumat verib. Bildirib ki, forum müxtəlif ölkələrin vergi sistemlərinin insan resursları sahəsində təcrübə mübadiləsinin təşkili istiqamətində faydalı platformadır.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev “Azərbaycan Respublikasının vergi orqanlarında potensialın gücləndirilməsi prosesləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı DVX-də insan resurslarının səmərəli idarə edilməsi və inkişafı üçün tətbiq olunan strategiyalar və təşəbbüslər haqqında ətraflı izahat verilib. Bundan başqa, DVX-nin insan kapitalının inkişafı istiqamətində həyata keçirdiyi və perspektiv layihələrin mahiyyəti izah edilib. Təqdimat çərçivəsində DVX-nin məqsədyönümlü kadr siyasəti nəticəsində əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Təqdimatdan sonra DVX-nin bu sahədə fəaliyyəti barədə ünvanlanmış suallar cavablandırılıb.

Forum çərçivəsində vergi orqanlarının əməkdaşlarının bilik və bacarıqlarının artırılması, səriştələrinin təkmilləşdirilməsi kimi mövzusunda qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüb və təkliflər səsləndiriblər.

Forumda Avstriya, Yunanıstan, Belçika, Macarıstan, İsveçrə, Finlandiya, İrlandiya, Fransa, Rumıniya, İtaliya, Danimarka, Estoniyada olan çıxışçıların, İƏİT təmsilçilərinin təqdimatları dinlənilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?