11 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Muzdlu işçilərin vergi öhdəliyi

İşçinin vergiyə cəlb olunan gəliri 2.500 manatdan çox olduqda 350 manat + 2.500 manatdan artıq olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur. Burada qeyd olunan 350 manat nəyi ifadə edir? 
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda, Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirinin məbləği 2.500 manatadək olduqda 14 faiz, 2.500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2.500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. Sorğuda qeyd olunan 350 manat 2.500 manatın 14 faizinə bərabərdir.

Ətraflı məlumat üçün “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edə bilərsiniz.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?