11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yerli investisiyalı müəssisələrin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz olub

2023-cü ilin noyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.499.032 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7 faiz, hüquqi şəxslərin sayı isə 9 faiz artıb. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 173.754 təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə kommersiya qurumlarının sayında 9,7 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13,1 faiz artım qeydə alınıb.

2023-cü ilin noyabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34.148 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artım deməkdir.

2023-cü ilin 10 ayında 13.247 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,7 faizi yerli, 12,3 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 84,4 faizi elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib. 2023-cü ilin 10 ayında yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 1.831 yerli investisiyalı MMC qeydiyyata alınıb.

2023-cü ilin yanvar - oktyabr ayları ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 faiz artıb.

Noyabr ayının 1-nə 22.188 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?