24 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət Vergi Xidməti CIAT-ın konfransında təmsil olunub

Dövlət Vergi Xidməti CIAT-ın konfransında təmsil olunub

Ekvadorun paytaxtı Kito şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) “Beynəlxalq vergitutma çərçivəsində vergidən yayınmanın azaldılması üzrə qabaqcıl təcrübələr” mövzusunda texniki konfransı keçirilib. CIAT-ın tədbirlərinə ilk dəfə qoşulan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini konfransda xidmət rəisinin müşaviri Sərxan Həşimov və Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı Emil Kərimov təmsil ediblər.

Konfransın proqramı Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) tədbirlərinin icrası ilə bağlı təcrübələr, rəqəmsal iqtisadiyyatda vergitutma məsələsinə dair beynəlxalq debatlar, eləcə də beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi mövzularını əhatə edib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti CIAT rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Müzakirələr zamanı iqtisadiyyatın rəqəmsallaşmasından yaranan vergitutma problemlərinin həllinə töhfə verəcək proqram təminatının ölkəmizdə quraşdırılması, həmçinin Azərbaycanın təşkilata üzvlük məsələlərinə dair fikir mübadiləsi aparılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması