9 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

Dövlət vergi orqanlarına işə qəbul müsabiqəsinin test imtahanı keçirilib

Noyabr ayının 5-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Dövlət İmtahan Mərkəzi ilə birlikdə DVX-də hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı sayca 19-cu test imtahanı keçirib. Test imtahanında ümumilikdə 2392 nəfər iştirak edib. Namizədlər iqtisadiyyat və hüquqşünaslıq ixtisasları ilə yanaşı digər ixtisas istiqamətlərini də əhatə edib.

Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmasına imkan yaratmaq məqsədilə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı və sual nümunələri DVX-nin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Ədəbiyyat siyahısı və test tapşırığı nümunələri” bölməsində yerləşdirilib. Test imtahanının sualları DVX-də hüquq, digər ixtisas sahəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə işə qəbul olmaqla 3 kateqoriyaya bölünüb. İmtahanda namizədlərə 100 sual təqdim olunub, hər imtahan sualı 1 balla qiymətləndirilib.

Ümumilikdə 3 saat davam edən test imtahanının nəticəsində 616 nəfər namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Test imtahanından uğurla keçən namizədlərə müsahibə mərhələsi barədə əlavə məlumat veriləcək.

Müsabiqənin hər iki mərhələsində uğur qazanan namizədlər DVX-nin kadr ehtiyatı bazasına daxil olunacaq və mütəmadi qaydada vakant vəzifələrə təyin edliləcəklər.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?