4 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xaricdə kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlir vergidən azad edilirmi?

Hüquqi şəxsin kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəliri mənfəət vergisindən azaddır. Bu azadolma hüquqi şəxslərin xaricdə kənd təsərrüfatı fəaliyyətindən əldə etdiyi gəlirlərə də tətbiq olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü il yanvarın 1-dək, gəlir vergisindən isə müddətsiz azad edilib.

Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan şəxslərə vergi qanunvericiliyində nəzərdə tutulmuş vergi azadolmalarının tətbiqinin mahiyyəti ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünüməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin edilməsi, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsidir. Bununla yanaşı, həmin şəxslər müvafiq azadolmadan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatında istehsal edildiyini, bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə olunmalıdır.

Qeyd edilənlərə əsasən, yuxarıda göstərilən halda, Azərbaycan hüdudlarından kənarda kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrində nəzərdə tutulmuş azadolmalar tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, 106-cı, 199-cu, 207-ci və 218-1-ci maddələri

VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı?