8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxsin xaricdən əldə etdiyi dividend gəlirləri hansı formada vergiyə cəlb olunur?

Sadələşdirilmiş vergi ödəyicisi olan rezident hüquqi şəxs xaricdən dividend gəliri əldə edərsə, bu zaman dividend gəlirinə görə satışdankənar gəlir kimi 2 faizlə vergi ödəyəcək, yoxsa həmin gəlir üçün mənfəət bəyannaməsi təqdim edəcək? Əgər 2 faizlə vergiyə cəlb olunacaqsa, Vergi Məcəlləsinin 127-ci maddəsindəki hüququndan istifadə edə bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirlər, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Buna əsasən, yuxarıda göstərilən halda, rezident hüquqi şəxsə xaricdən ödənilən dividend gəlirləri onun satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir. Əlavə olaraq qeyd olunub ki, rezident hüquqi şəxs tərəfindən Azərbaycan hüdudlarından kənarda əldə edilən dividend gəlirlərindən mənfəət vergisi ödənilərkən həmin gəlirlərdən xaricdə ödənilmiş vergi, Vergi Məcəlləsinin 127-ci maddəsinə uyğun olaraq, nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü və 127-ci maddələri

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?