16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi intizamına əməl etməyənlərə qarşı ciddi mübarizə tədbirləri davam etdiriləcək

Son iki il yarım ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 170-dən çox sahə üzrə fəaliyyət göstərən biznes subyektlərlə görüşlər keçirilib, onlar tərəfindən irəli sürülən 600-ə yaxın əsaslı təklif qəbul olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda təşkil olunmuş birgə vergi konfransında çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, artıq təkliflərin bir hissəsi qanunvericilikdə öz əksini tapıb, bir hissəsi isə vergi xidmətinin strategiyasında nəzərdə tutulub ki, 2026-cı ilədək həyata keçirilsin. Eyni zamanda, bir sıra tədbirlər və təkliflər var ki, onların həyata keçirilməsi aktual olsa da, resursların formalaşması və texniki infrastrukturun yaradılmasından asılı olduğu üçün diqqətə götürülüb.

“Bizim üçün vacib amil biznes subyektlərinin böyüməsi, onları təşviq etməklə dayanıqlı iqtisadi mühitin yaradılmasıdır. Bu, bizə büdcənin gəlirlərinin sistematikliyini qorumağa imkan verəcək. Büdcə gəlirlərinin təmin edilməsi vergi yükünün artırılması ilə deyil, vergi ödəyicilərinin sayının artımı yolu ilə hədəflənir. Digər yanaşmamız rəqabət mühitinin qorunmasında vergi intizamına əməl etməyən şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin davam etdirilməsidir. Bu, məhz rəqabət mühitinin formalaşması baxımından qanuna əməl edən və etməyən şəxslər arasında sərhədin müəyyən edilməsinə imkan verəcək”, - deyə N.İmanov qeyd edib.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?