2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX nümayəndələri “Azərbaycanda sənaye həftəsi”ndə iştirak ediblər

Sumqayıtda ölkə sənayesinin inkişaf məsələlərinin müzakirəsinə həsr olunmuş “Azərbaycanda sənaye həftəsi” biznes forumu keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, “Caspian Energy Club”un rəhbərliyi və yerli sahibkarlar iştirak ediblər.

“Caspian Energy Club”un Baş icraçı direktoru Telman Əliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov ölkədə sənayenin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Forumda çıxış edən Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda sənaye sahəsinin prioritetliyinin qeyd edildiyini, sənayenin inkişafında maliyyə, o cümlədən vergi alətlərinin effektiv tətbiqinin nəzərdə tutulduğunu açıqlayıb. Qeyd olunub ki, 2023-cü il yanvarın 1-dən etibarən yerli qida sənayesi istehsalçıları üçün əmlak, torpaq və mənfəət vergisi üzrə vergi güzəştləri tətbiq edilib, bununla bağlı Nazirlər Kabinetinin fəaliyyəti tənzimləyən qərarı isə təsdiqolunma ərəfəsindədir. Vergi qanunvericiliyində edilmiş dəyişikliklər, vergi sahəsində aparılan islahatlar sənaye sektorunun inkişafına səbəb olub. Bildirilib ki, vergi gəlirlərinin 55 faizi məhz sənayenin payına düşür. Eyni zamanda, qeyri-neft sektoru üzrə də vergi daxilolmalarının 30 faizi məhz qeyri-neft sənayesindən daxil olan vergilərin payına düşür. Qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun (ÜDM) artım tempi 21,6 faiz olduğu halda, qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artım tempi təxminən 28 faizdir. Vergi daxilolmalarındakı artım tempinin ÜDM-nin artım tempini üstələməsi həm də “kölgə iqtisadiyyatı”nın azaldılması kimi xarakterizə edilir.

Sənaye texnologiyaları parklarının fəaliyyətinə, onlar üçün tətbiq edilən sənaye investisiya təşviqi alətlərinə də toxunan DVX rəsmisi vurğulayıb ki, təkcə cari il ərzində sənaye texnologiyaları parkının 102 rezidentinə 196 milyon manat məbləğində vergi güzəşti tətbiq edilib. Ümumilikdə isə indiyədək rezidentlər 380 milyon manata yaxın vergi güzəştindən faydalanıblar. Eyni zamanda, biznesin inkişafı üçün investisiya qoyuluşunu təşviq etmək məqsədilə 571 investisiya təşviqi sənədi verilib. Bu sənədlər ölkəyə 5,5 milyard manat həcmində investisiya yatırımına imkan verib, 38 mindən çox iş yeri rəsmiləşdirilib.

Geniş müzakirələrlə davam edən tədbirdə sahibkarların müxtəlif sualları cavablandırılıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ