16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəxsi mülkiyyətdə olan torpağın təqdim edilməsi hansı vergi öhdəliyi yaradır?

Şəxsi mülkiyyətimdə olan torpaq sahəsini satmaq qərarına gəlmişəm. Bilmək istərdim: bu zaman hansısa vergi ödəməliyəmmi?
 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Belə ki, fiziki şəxs özünəməxsus torpaq sahəsini təqdim etdiyi zaman notarius tərəfindən torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat məbləğində (torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq) Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq edilmir.

Müraciətlə bağlı ətraflı məlumatı torpaq sahəsinin təyinatı və yerləşdiyi ərazini dəqiq göstərməklə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?