29 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Həm ictimai iaşə fəaliyyəti, həm də digər xidmət göstərən vergi ödəyicisinin öhdəlikləri

Fərdi sahibkar proqram təminatı ilə bağlı xidmət göstərir və gəlir vergisi ödəyicisidir. İndi isə əlavə fəaliyyətlə məşğul olmaq istəyir. Çay evi açır. İcarə müqaviləsi bağlanıb, obyektin kodu alınıb və kassa aparatı quraşdırılıb. İndi bu vergi ödəyicisi əlavə fəaliyyət üzrə 2% sadələşdirilmiş vergi ödəməlidir, yoxsa gəlir vergisi ödəyicisi kimi qalacaq? Bu məsələlər necə tənzimlənir və o, hansı hesabatları verməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Həm ictimai iaşə, həm də proqram təminatı xidməti göstərən şəxslərin proqram təminatı xidməti üzrə əldə etdikləri gəlirlərinə gəlir vergisi, ictimai iaşə fəaliyyəti üzrə əldə olunan gəlirlərinə isə sadələşdirilmiş verginin tətbiqi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Buna əsasən, vergi ödəyicisi hər iki fəaliyyət üzrə gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və əldə olunan gəlirlərindən bu gəlirlərin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra gəlir vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarının təşkilində iştirak edən şəxs istisna olmaqla, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən doldurulması qaydaları ilə Dövlət Vergi Xidmətinin internet səhifəsində (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiz.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 102-ci, 155-ci, 218-ci, 219-cu və 221-ci maddələri

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?