14 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

DVX-nin təşkil etdiyi 2-ci “Yay Təcrübə Proqramı” başa çatıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən təşkil olunan 2-ci “Yay Təcrübə Proqramı” başa çatıb.

Xidmətdən “vergiler.az”a verilən məlumata görə, proqramın yekununa həsr olunan tədbirdə iştirak edən DVX-nin rəisi Orxan Nəzərli ölkəmizdə həyata keçirilən gənclər siyasəti və insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Xidmət rəisi gənclərin dövlət qulluğuna marağının artırılması, bu sektorda fəaliyyət göstərmələri üçün motivasiya yaradılması məqsədilə dövlət qurumları tərəfindən müxtəlif layihələrin reallaşdırıldığını vurğulayıb.

Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının yüksəldilməsi, həmçinin fərdi inkişaflarını hədəfləyən “Yay Təcrübə Proqramı”nın başlıca məqsədlərindən biri də məhz onların dövlət vergi orqanlarının fəaliyyətinə marağını artırmaq və gələcəkdə vergi xidməti orqanlarında işə cəlb olunmalarını təmin etməkdir.

Qeyd edək ki, “Yay Təcrübə Proqramı”na qoşulmaq istəyən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bir neçə mərhələdən ibarət seçim prosesinin nəticəsinə əsasən 67 nəfər Proqramda iştirak hüququ qazanıb. Onlar DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsinə qoşulublar. Burada tələbələrə DVX-nin təcrübəli əməkdaşları və kənar peşəkar təlimçilər tərəfindən vergi sahəsi və müvafiq səriştələr üzrə təlimlər təşkil olunub. Daha sonra DVX-nin İnsan resursları, Vergi siyasəti, Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik), İqtisadi təhlil və uçota nəzarət, Dövlət qeydiyyatı baş idarələrində, həmçinin Bakıda və regionlarda yerləşən strukturuna daxil olan qurumlarında keçirilən təcrübə çərçivəsində praktiki biliklərə yiyələnib, vergi sisteminin fəaliyyətinin əsas istiqamətləri və iş prinsipləri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. İş yerində təcrübənin əsas məqsədi yay düşərgəsində qazanılmış nəzəri biliklərin iş prosesində tətbiq edilməsi, təkrarlanması və daha da təkmilləşdirilməsindən ibarət olub. “Yay Təcrübə Proqramı”nın iş yerində təcrübə hissəsi 8 həftə davam edib.

Tədbirdə DVX-nin rəisi Orxan Nəzərli və Xidmətin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova tələbələri maraqlandıran sualları cavablandırıblar. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?