18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı istehsalına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

Gədəbəy rayonunda kartof məhsulu istehsalı ilə məşğul olan hüquqi şəxsə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən dövlət büdcəsi vəsaiti hesabına ayrılan subsidiya məbləği mənfəət vergisinə cəlb edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 (bir) il müddətinə mənfəət vergisindən azaddır.

Qeyd olunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsi

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri