23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İştirak payını satan şirkət alıcıya elektron qaimə-faktura təqdim etməlidirmi?

İştirak payını satan şirkət alıcıya elektron qaimə-faktura təqdim etməlidirmi?

Şirkət ona məxsus olan iştirak payını satır. Bu zaman alıcıya elektron qaimə-faktura təqdim etməlidirmi? Təqdim etməsə, cərimə oluna bilərmi?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su hesab edilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Malların təqdim edilməsi zamanı mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim edilməlidir.

Buna əsasən, yuxarıda göstərilən halda, şirkət tərəfindən vergi orqanında uçotda olan şəxsə iştirak payının təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 71-1-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci və 71-1-ci maddələri.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması