15 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə artıb

2023-cü ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 2.936 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 88,3 faizi fiziki, 11,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,1 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb. Cari ilin yanvar-iyun aylarında kommersiya qurumlarının 55,4 faizi elektron qaydada, 44,6 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

2023-cü ilin 6 ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 1.353 vahid olub. Cari ilin iyun ayında qeydiyyatdan keçmiş obyektlərin sayı ilin əvvəli ilə müqayisədə 3,5 dəfə çox olub. Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş obyekti olan ƏDV ödəyicilərinin sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 dəfə artıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?