19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad edilmiş ərazilərdə ƏDV-nin geri qaytarılması necə tənzimlənir?

vergiler.az” mövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.

Vergi Məcəlləsinin 228-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır. Bu maddə üzrə ƏDV-nin qaytarılması qaydası və şərtləri bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

Göründüyü kimi, ƏDV-nin geri qaytarılması ilə bağlı fərqli yanaşma yalnız işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə şamil edilir.

Misal 1. Vətəndaş Şuşa şəhərində yerləşən oteldə qalmaq üçün 118 manat (100 manat + 18 manat ƏDV) nağdsız ödəniş edib. Bu halda həmin xidmətə görə ödənilən 18 manatlıq ƏDV-nin 30 faizi, yəni 5,40 manatı vətəndaşa geri qaytarılacaq.

Misal 2. Vətəndaş Kəlbəcər şəhərində yerləşən oteldə gecələmək üçün 236 manat (200 manat + 36 manat ƏDV) nağd ödəniş edib. Ödəniş nağd olduğu üçün vətəndaşa 36 manatlıq ƏDV-nin 5 faizi, yəni 1,80 manatı geri qaytarılacaq.

Misal 3. Vətəndaş Cəbrayıl şəhərində yerləşən marketdən nağdsız formada 59 manatlıq (50 manat + 9 manat ƏDV) ərzaq məhsulları alıb. Bu halda vətəndaş ərzaq məhsulları aldığı üçün Vergi Məcəlləsinin 165.5-ci maddəsi tətbiq olunacaq. Yəni nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi deyil, 17,5 faizi – 1,58 manatı istehlakçıya geri qaytarılacaq.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?