15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Artıq yığılmış vəsaitlər sosial tələbatlara yönəldiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulmuş daxilolmalardan büdcə ilinin sonuna artıq yığılmış vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi qaydaları ilə bağlı sərəncam imzalayıb.

Qaydalar neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələri, dövlət adından yaradılmış publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumları, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri), bu Qaydanın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş vergi ödəyiciləri ilə yanaşı, mərkəzləşdirilmiş qaydada uçota alınmış digər vergi ödəyiciləri üzrə daxilolmalara şamil edilmir.

Maliyyə Nazirliyi respublikanın şəhər və rayonları üzrə cari büdcə ili üçün müəyyən olunmuş proqnozun bu Qaydanın 2.2.1 – 2.2.4-cü yarımbəndlərində qeyd olunmuş vergi ödəyicilərinə aid hissəsini müəyyən edir, Vergilər Nazirliyi yanvar ayının 20-dək əvvəlki büdcə ilində həmin vergi ödəyicilərindən daxilolmalar barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edir.

Maliyyə Nazirliyi cari büdcə ilində yanvar ayının 25-dək əvvəlki büdcə ilinin nəticələrinə əsasən, bu Qaydanın 2.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, şəhər və rayonlar üzrə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan hissəsinin 50 faizinin məbləğini müəyyən edir və onun istifadəsi ilə bağlı təkliflərin təqdim edilməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına göndərir. Yerli icra hakimiyyəti orqanları bu Qaydanın 2.4-cü bəndinə əsasən, cari büdcə ilində fevral ayının 1-dək gəlir və xərclər smetasının layihəsini və həmin smeta layihəsinə dair izahat məlumatlarını Maliyyə Nazirliyinə təqdim edir.

Maliyyə Nazirliyi cari büdcə ilində fevral ayının 10-dək protokolla rəsmiləşdirilmiş yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər (funksional və iqtisadi təsnifatlarının istiqamətləri üzrə) smetasını təsdiq edir. Yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar vəsait üzrə gəlir və xərclər smetasının bir nüsxəsi Maliyyə Nazirliyində saxlanılır, digər nüsxələri isə müvafiq yerli icra hakimiyyəti orqanlarına və Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilir.

Büdcədənkənar gəlirlərin istifadəsi aşağıdakı məqsədlərə yönəldilir:

  • vəsaitin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə;
  • vəsaitin 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə;
  • vəsaitin 50 faizi mədəniyyət, incəsənət, turizm və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, eləcə də şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə.
VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?