18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvan MR Dövlət Vergi Xidmətində işə qəbulla bağlı müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində vakant hüquqşünas vəzifələrinə işə qəbulla bağlı birbaşa müsahibə yolu ilə müsabiqə keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən və elanda göstərilən şərtlərə uyğun gələn namizədlər “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər. Namizədlər 12 iyun 2023-cü il tarixdən 12 iyul 2023-cü il tarixədək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələrinə (www.taxes.gov.azwww.vergi.nakhchivan.az) daxil olaraq yerləşdirilmiş elanda göstərilən elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Müsahibə 28 iyul 2023-cü il tarixdən başlayaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Müsabiqə Komissiyası tərəfindən aparılacaq.

İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatdıqdan sonra nəticələr İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəsmi internet səhifələri vasitəsilə ictimaiyyətə elan ediləcək. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil olunaraq həmin dövr üzrə vakant olan vəzifələrə təyin ediləcəklər. Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərin kadr ehtiyatında saxlanılma müddəti 2 ildir.

Naxçıvan MR Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə elanı ilə aşağıdakı link vasitəsilə daha ətraflı tanış olmaq olar: www.taxes.gov.az/az/post/2603

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri