Vergi daxilolmaları 52,4 faiz artıb
Bu ilin yanvar-aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 672,2 milyon manat vergi daxil olub.
Xidmətdən “vergiler.az”a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 52,4 faiz artıb.
Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 4 milyard 3,4 milyon manat olub.