15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvan MR Dövlət Vergi Xidmətinin strukturu təkmilləşdirilib

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müvafiq fərmanı ilə MR Dövlət Vergi Xidmətinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) “vergiler.az”a verilən məlumata görə, idarəetmədə operativliyin artırılması, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin 7 rayon vergilər idarə və şöbələri ləğv edilməklə, onların bazasında 3 Ərazi vergilər idarəsi yaradılıb, Naxçıvan Şəhər Vergilər İdarəsi yenidən təşkil olunub.

Vergi ödəyicilərinin vergi məsələləri ilə əlaqədar operativ qaydada zəruri informasiya ilə təmin edilməsi, vergilərin ödənilməsi sahəsində könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Vergi Xidmətinin işçi sayı 18 ştat vahidi artırılıb ki, onların da 17-si vergi ödəyicilərinə xidmət strukturları üçün nəzərdə tutulub.

Bununla yanaşı, vətəndaş məmnunluğuna nail olunması, məlumatlandırma və maarifləndirmə işlərinin günün tələbləri səviyyəsinə yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində və muxtar respublikanın digər bölgələrində xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?