28 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlak vergisi necə hesablanır?

Mən pensiyaçıyam. Bakı şəhəri Bakıxanov qəsəbəsində ümumi sahəsi 370 kvadratmetr olan həyətdə 119,7 kvadratmetrlik evim var. Əmlak vergisi necə hesablanmalıdır? Bildiyimə görə, əmlak vergisi yaşayış sahəsinə (119,7m2) görə hesablanır, yəni - 119,7-30=89,7 x 0,4 x 0,9 = 32,29 manat. İmtiyazı nəzərə alsaq - 32,29-30=2,29 manat. Bu hesablama doğrudurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Sorğunuzda qeyd olunan ərazi Bakı şəhəri üzrə 8-ci zonada yerləşdiyi və müvafiq vergi güzəşti hüququna sahib olduunuz halda qeyd olunan hesablamanız doğrudur.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci və 199-cu maddələri, Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?