18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“ƏDV geri al” layihəsi çərçivəsində indiyədək istehlakçılara 412 milyon manat geri qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir və bu layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verməkdədir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, qeyd olunan layihənin tətbiq edildiyi vaxtdan cari ilin aprelinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan, təkcə bu ilin yanvar-mart ayında isə 36 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” nağdsız ödəmələrin genişlənməsinə mühüm təkan verən layihələrdən biridir. Məlum olduğu kimi, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara geri qayıdır. Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələrə cəlb etmək məqsədi daşıyan stimullaşdırıcı “ƏDV geri al” layihəsinin reallaşdırılması sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində də işlər davam etdirilir. Hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 87 mindən çoxdur. 2023-cü ilin 3 ayı ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 4,9 milyard manatdan artıq olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?