23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib

“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib

Aprelin 12-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib.

DVX-dan “vergiler.az”a verilən məlumata görə, tədbirdə Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də işçi qrupa daxil olan konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

İclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin rüblük icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.

DVX-nın rəis müavini, işçi qrupun rəhbəri İlkin Vəliyev tədbir iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində 2023-cü ilin 1-ci rübündə görülmüş işlər, vergitutma qaydalarının keyfiyyəti, vergi administrasiyası tərəfindən təqdim edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorları üzrə həyata keçirilmiş tədbirlər barədə məlumat verib.

İclasda Yol Xəritəsi ilə bağlı özəl sektordan daxil olan təkliflər müzakirə edilib. İşçi qrupun üzvləri Yol Xəritəsinin icrası çərçivəsində görülən işlər barədə məlumat verib, vergi qanunvericiliyinin müddəalarının aydınlığının təmin edilməsi, vergitutma qaydalarının sabitliyi, şəffaflığı, tətbiq ediləcək yeni vergi xidmətləri, riskəsaslı audit, mübahisələrin həlli mexanizmləri və vergi idarəçiliyinin şəffaflığı ilə bağlı olan işlər ətrafında, həmçinin açıq qalan məsələlərin həlli istiqamətində müzakirələr aparıblar. Tədbirdə rəqəmsal həllərin tələb olunduğu bir sıra tədbirlər üzrə işlərin sürətləndirilməsi zərurəti qeyd olunub.

İlkin Vəliyev işçi qrupun üzvlərinə Yol Xəritəsi ilə bağlı təqdim edilmiş təkliflərə görə təşəkkürünü bildirib, özəl sektor və konsaltinq şirkətləri ilə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb, tədbirlərin icrası istiqamətində işlərin intensivləşdirilməsi ilə bağlı DVX-nin müvafiq strukturlarına tapşırıqlarını verib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?