18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”nın veb versiyası istifadəyə verilib

Məlum olduğu kimi, fəaliyyət növləri üzrə vergi münasibətlərində vahid yanaşmanın tətbiqi, uçot məlumatlarının dürüstləşdirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması, vergi ödəyicilərinin vergi öhdəlikləri və digər tələblər barədə əvvəlcədən məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti (DVX) tərəfindən “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları” müəyyən edilib.

DVX-dan “vergiler.az”a verilən məlumata görə, 7 rəqəmli fəaliyyət kodlarına və Vergi Məcəlləsində edilən dəyişikliklərə uyğunlaşdırılması zərurətindən irəli gələrək həmin standartlar artıq yeni redaksiyada təsdiqlənib, istifadənin əlçatanlığının artırılması üçün “İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları”nın veb versiyası hazırlanıb (https://bit.ly/vahid-standartlar).

Veb platforma vasitəsilə istifadəçilər, o cümlədən vergi orqanlarının əməkdaşları iqtisadi fəaliyyət növləri üzrə formalaşan vergi öhdəlikləri, o cümlədən vergi azadolmaları və güzəştlər, vergitutma baxımından tətbiq edilməli və tətbiqi mümkün olmayan tədiyyə növləri, obyekt qeydiyyatı, NKA və POS-terminalın quraşdırılması, lisenziyanın alınması ilə bağlı məlumatları asanlıqla əldə edə biləcəklər. Platformada "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" da yer alıb və həmin standartlar üzrə müvafiq axtarış imkanları mövcuddur.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?