11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sağlamlığı pozulmuş işçiyə müəssisənin verdiyi ödənclər gəlirdən çıxılan xərclərə aid edilə bilərmi?

İstehsalat müəssisəsi xəsarət aldığına görə işdən ayrılan işçiyə ömrünün axırına qədər vəsait ödəyirsə, həmin xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərc hesab edib, gəlirdən çıxa bilərmi? 
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, işəgötürən müəssisə (təqsirkar müəssisə) tərəfindən istehsalatda qəza nəticəsində sağlamlığı pozulmuş işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq verilən ödənclər təqsirkar müəssisələrin gəlirləri hesabına ödənilir və bu ödənclər gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə təqsirkar müəssisənin vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərinə aid edilmir.

Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin 3-cü hissəsində qeyd edilmişdir ki, işçinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?