19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir?

A şirkəti torpaq sahəsini girov qoyaraq kredit götürmüşdür və kredit məbləğini təsisçiləri eyni olmayan B şirkətinə faizsiz borc müqaviləsi əsasında borc vermişdir. Sonradan torpaq ilkin dəyəri qiymətinə satılmışdır. Bu zaman A şirkətinin gəliri yaranmamış və balansında heç bir aktivi qalmamışdır. A şirkətini almaq istəyən D şirkəti A şirkətini özünə birləşdirib onun kredit faizinə görə yaranmış zərərini öz zərəri kimi tanıya bilərmi?
 

Dövlət Vergi Xidmətindən bildirilib ki, sadələşdirilmiş vergi üzrə vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi hesab olunur. Sadələşdirilmiş vergi hesablanarkən xərc maddələri nəzərə alınmır və zərər yaranmır.

Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Eyni zamanda, vergitutma məqsədləri üçün hüquqi şəxsin yenidən təşkil edilməsi Vergi Məcəlləsinin 147-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 147-ci maddəsinin müddəalarına əsasən birləşmənin, əldəetmənin, birləşdirmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.

Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən halla bağlı əməliyyatın xüsusiyyətləri, işin faktiki halları barədə məlumatlar tam açıqlanmaqla bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, o cümlədən borc və kredit müqavilələri, torpağın təqdim edilməsi və yenidən təşkil barədə sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 219-cu və 147-ci maddələri, Mülki Məcəllənin 56-cı maddəsi.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?