12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Heyvandarlıq və quşçuluqda istifadə olunan dərmanların ölkədaxili satışına vergi güzəştlərinin tətbiqi müzakirə olunub

Heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan dərman və dərman preparatlarının ölkə daxilində satışına vergi güzəştlərinin tətbiqi məsələsi müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) “vergiler.az”a verilən məlumata görə, müzakirələr DVX-nin Vergi siyasəti Baş İdarəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası, həmçinin bu sahənin digər nümayəndələrinin iştirakı ilə təşkil edilən onlayn görüşdə aparılıb.

Görüşdə həmçinin soya paxlasının və cecəsinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə güzəştlərin, o cümlədən bu məhsulların ƏDV-dən azad olunmasının sahənin inkişafına, heyvandarlıq və quşçuluq təsərrüfatlarına təsiri barədə fikir mübadiləsi aparılıb.

Vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Qeyd edək ki, DVX tərəfindən iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması məqsədilə dialoq formatında görüşlər davam etdirilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?