14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məlumat bazalarının əlaqələndirilməsi məsələləri müzakirə edilib

Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlərlə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Mərkəzi Bankın nümayəndələri arasında video-konfrans formatında görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “vergiler.az”a verilən məlumata görə, görüşdə Yol Xəritəsinin 2.2.1-ci bəndində nəzərdə tutulmuş məsələlər (Kommersiya hüquqi şəxsin qeydiyyat prosesini əhatə edən elektron sistemin mövcudluğu) müzakirə edilib.

Yol Xəritəsinin müvafiq bəndinə uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Elm və Təhsil Nazirliyinin rəylərinin, Mərkəzi Bankın ilkin razılığını təsdiq edən sənədin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məktubunun avtomatik qaydada qeydiyyat orqanına təqdim olunması üçün elektron mübadiləni təmin edən texniki imkanın yaradılması nəzərdə tutulur. Tərəflər Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlər, qanunvericilikdə yer alan məqamlar və elektron mübadilənin təqdim edilməsi üzrə mövcud vəziyyət, inteqrasiya ilə bağlı qarşıda duran texniki həllər, mübadiləsi nəzərdə tutulan məlumatlar üzrə proseslərin hərəkət xəritəsi və s. məsələlərin müzakirəsini aparıblar. Görüş çərçivəsində Dövlət Vergi Xidmətinə inteqrasiya edilməsi zərurəti yaranmış sənədlərin siyahısı diqqətə çatdırılıb.

Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, məlumat bazalarının Yol Xəritəsində müəyyən olunmuş müddətlər çərçivəsində əlaqələndirilməsi üçün texniki imkanın yaradılması istiqamətində işlərin aparılması razılaşdırılıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?