Yanvar ayı ərzində 30.992 Asan İmza sertifikatı verilib
"vergiler.az"ın Dövlət Vergi Xidmətindən aldığı məlumata görə, 2023-cü ilin yanvar ayı ərzində 438 vergi ödəyicisinin iştirakı ilə 36 görüş keçirilib, 408 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərindən daxil olmuş 5.5 min yazılı müraciət cavablandırılıb, 2 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), vergi ödəyicilərinin mobil nömrələrinə 323 mindən çox SMS göndərilib.
Yanvar ayında ümumilikdə 20.452 müraciət üzrə 30.992 Asan İmza sertifikatı verilib. Həmçinin 1300-dən çox vergi ödəyicinə qüvvədə olan Asan İmza ilə mövcud sertikatın yenilənməsi və yeni sertifikatların verilməsi elektron xidmətləri vasitəsilə Asan imza sertifikatı təqdim olunub.