13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türkiyə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında yeni saziş layihəsi müzakirə olunub

Türkiyə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında yeni saziş layihəsi müzakirə olunub

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni saziş layihəsi üzrə danışıqlar keçirilib. Tədbirdə Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Türkiyə tərəfindən isə Gəlir İdarəsi Başqanlığının məsul şəxsləri iştirak ediblər.

Müzakirələr zamanı Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəis müavini Ceyhun İsmayılov Türkiyə ilə yeni saziş üzrə danışıqlara başlanılmasının hər iki ölkə üçün böyük önəm kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, yeni saziş imzalanacağı təqdirdə, sərmayəçilər üçün əlverişli şərait yaranacaq, məlumat mübadiləsi və vergi borclarının yığılmasında effektiv qarşılıqlı münasibətlər formalaşacaq.

Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid bütün müddəaları üzrə razılıq əldə edilib. Dostluq və qarşılıqlı anlaşma şəraitində keçən müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?