Vergi ödəyicilərinə bərabər yanaşmanın təmin edilməsinin vacibliyi vurğulanıb
“Vergi sistemində vergi ödəyicilərinə bərabər yanaşma təmin edilmirsə, bu, faktiki olaraq, iqtisadiyyatın əsasını dağıdan bir yanaşmadır”.
“vergiler.az” xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda təşkil olunan konfransdakı çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir əlavə edib ki, vergi ödəyicilərinə bərabər yanaşmanın təmin edilməməsi qeyri-rəqabətli bir mühit yaradır: “Faktiki olaraq, əgər biz qeyri-bərabər vergi siyasətini tətbiq ediriksə, nəticə etibarilə daha aşağı şüur, daha aşağı vətəndaşlıq vəzifəsi və yaxud daha aşağı davranış standartını üstün tutana daha yaxşı şərait yaratmış oluruq. Beləliklə, onun cəmiyyətdə mövqeyini gücləndiririk”.