2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni interaktiv elektron xidmətlər yaradılacaq

“Bu il sahibkarları narahat edən məsələlərdən biri ilə bağlı yeni həll mexanizmi hazırlanıb”.

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıqödəmə məbləğlərinin çevik qaytarılması təşəbbüsü ilə çıxış edib. Belə ki, ilkin olaraq ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin artıqödəmə məbləğlərinin vergi orqanının təklifi əsasında əlavə araşdırma aparılmadan və nəzarət tədbirlərinə məruz qalmadan çevik qaytarılması nəzərdə tutulur. Bu prosesin təmin olunması sahibkarlığın stimullaşdırılmasına, vergi ödəyicilərinin maliyyə resurslarında likvidliyin artırılmasına şərait yaradacaq.

O.Nəzərli əlavə edib ki, hazırda bir sıra interaktiv elektron xidmətlərin yaradılması istiqamətində də tədbirlər görülür. Bunlar “Bəyannamələrin əvvəlcədən doldurulması”, “Elektron vergi konsaltinqi”, “Biznes mühitini və vergi yükünü araşdır”, “Reytinq” (“Vergi əməletməsinin qiymətləndirilməsi”)”, “Kontr-agentləri araşdır”, “Dərhal, QR kodla təsdiq edilməklə arayışların verilməsi” kimi interaktiv xidmətlərdir. Həmçinin yeni elektron xidmətlər vasitəsilə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı yanaşmaları, habelə inzibati şikayətlər üzrə formalaşmış təcrübədən irəli gələn rəsmi mövqeləri əks etdirən resurs istifadəyə veriləcək. Rəqəmsal həllərə söykənən bu dəyişikliklər və imkanların yaradılması vergi ödəyicilərinin vaxt itkisinin və lüzumsuz prosedurların aradan qaldırılmasına gətirib çıxaracaq.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ