8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün müsabiqə yekunlaşıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün keçirilmiş müsabiqə başa çatıb.

Test imtahanından uğurla keçmiş 148 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək ikinci mərhələ olan müsahibəyə buraxılıb. 2022-ci il dekabrın 5-dən etibarən dövlət vergi orqanlarında işə qəbulla bağlı müsahibələrin keçirilməsinə başlanılıb. Müsahibələr mərhələli şəkildə keçirilib və namizədlərə qanunvericilikdə müəyyən olunmuş qaydada öncədən məlumat verilib. 90 namizəd müsahibə mərhələsini uğurla başa vurub. Bununla da müsabiqə tam başa çatıb və nəticələr artıq Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Müsabiqənin hər iki mərhələsindən uğurla keçən namizədlər kadr ehtiyat bazasına daxil edilərək mütəmadi olaraq yaranacaq vakant vəzifələrə təyin olunacaqlar. Namizədlərin dövlət vergi orqanlarının kadr ehtiyat bazasında saxlanılma müddəti 2 ildir.
Müsabiqənin nəticələri ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/post/2336

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?