11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin sosial öhdəlikləri azaldılıb

Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin sosial öhdəlikləri azaldılıb

“Sosial sığorta haqqında” Qanunda edilmiş son dəyişikliklərdən biri də fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır.

Dəyişikliyə qədər bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqının 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulurdu. Bu fəaliyyətlə məşğul olan sahibkarların sosial öhdəliklərinin yüngülləşdirilməsi məqsədilə “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, fərdi baytarlıq xidməti ilə məşğul olan fiziki şəxslər “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla minimum aylıq əməkhaqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqları ödəyəcəklər. Bu zaman həmin fiziki şəxslər rüblük vahid bəyannamə təqdim etmək öhdəliyindən azaddırlar.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?