3 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Depozitlər üçün faizlər vergi faizi nisbətində artırılacaq

“Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Yəni əmanət gəlirləri vergiyə cəlb olunduqda banklar depozit faizlərini artıracaq. Bank vətəndaşa daha çox dividend ödəyəcək ki, vergi çıxılandan sonra onun depozit gəliri azalmasın”.

vergiler.az” xəbər verir ki, bu fikri millət vəkili Vüqar Bayramov əmanətlərə görə ödənilən faizlərdən vergi tutulması mövzusunu şərh edərkən səsləndirib. Onun fikrincə, bu, Azərbaycanda kredit faizlərini yenidən artıra bilər: “Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirilir. Deməli, depozit faizlərinin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni əmanət gəlirlərinn vergiyə cəlb olunması ilə kreditlər bahalaşacaq”.

Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14,13 faizdir. Ən bahalı kreditlər isə (20,43 faiz) Mil-Muğan iqtisadi rayonundadır. Bu rəqəmlərin orta kredit faizləri olduğunu deyən V.Bayramov istehlak kreditlərinin daha yüksək faizlərlə verildiyini bildirib.

Xatırladaq ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən 7 il müddətində vergidən azad edilmişdi. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi. Həmin müddət artıq başa çatıb. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov məsələ ilə bağlı geniş açıqlama verib. Bildirib ki, fiziki şəxslərin əmanətlərinə ödəmə mənbəyində verginin tətbiq edilməsi banklarda depozitlərin həcminə ciddi təsir etməyəcək. Mövcud maliyyə sabitliyi depozitlərin həcminə təhdid yaratmır. Mərkəzi Bank hesab edir ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Depozitlərin banklardan çıxarılmaması üçün faizlər vergi faizi nisbətində artırılacaq.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?