25 Mart 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin faiz gəlirlərindən vergi tutulacaq

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. 1 fevral 2023-c ildə həmin müddət başa çatır.

“vergiler.az” xəbər verir ki, bu barədə yaranan suallara millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə güzəşt müddətinin uzadılması nəzərdə tutulmayıb: “Əmanətlərə vergi hesablanacaq. Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Doğrudur, bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı ildə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 faizdən çox artıb. Bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır”.

V. Bayramovun fikrincə, vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna təsir göstərə bilər:

“Bu, milli valyutada yığımlara marağı azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18 faiz idisə, indi bu rəqəm 61 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı, vergi güzəştləri də manatla yığımlara marağı artırmışdı”.
Millət vəkili güzəşt müddətinun uzadılmasını və ya sığorta olunan əmanətlərin gəlir vergisindən azad olunmasını təklif edib.

İqtisadiyyatAğdam Sənaye Parkında rezidentlərin sayı 14-ə çatıb VergiAzərbaycan BEPS fəaliyyətləri üzrə öhdəliklərin icrasına başlayıb VergiHüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda vergi öhdəliyi necə tənzimlənir? İqtisadiyyatXamis Seyranov: “Yeni Rəqabət Məcəlləsi bir sıra üstünlüklərə malikdir” VergiVergi təşəbbüsləri və rəqəmsallaşma mövzuları üzrə təlim-seminar keçirilir İqtisadiyyatLatviya ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub VergiNaxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb İqtisadiyyatEgils Levits Bakıda Azərbaycan və Latviya iş adamları ilə görüşüb VergiKeçmiş dövrlərdə artıq ödənilmiş ƏDV məbləği sonradan əvəzləşdirilə bilərmi? XəbərlərPrezident İlham Əliyev: “Biz pandemiya ilə mübarizə üçün 80 dövlətə yardım etmişik”