20 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi qanunvericiliyində məşğulluq və əmlak deyəndə nə nəzərdə tutulur?

Vergi Məcəlləsinin 96.4-cü maddəsində məşğulluqdan və əmlakın təqdim edilməsindən yaranan vergi öhdəlikləri təsbit olunub. Maddədəki “məşğulluq” və “əmlak” anlayışlarına ətraflı şəkildə izah verməyinizi xahiş edirəm.

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 96.4-cü maddəsinə əsasən məşğulluqdan və ya əmlakın təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident fiziki şəxs Azərbaycan mənbəyindən təqvim ili ərzində əldə etdiyi bu növ ümumi gəlirin bu Məcəllədə müəyyənləşdirilən, həmin dövrdə bu gəlirə aid olan və ondan çıxılan xərclər qədər azaldılan məbləği üzrə gəlir vergisinin ödəyicisidir.

“Məşğulluq haqqında” Qanunun 1.1.10-cu maddəsində qeyd olunub ki, məşğulluq - Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan və qazanc (gəlir) gətirən hər hansı fəaliyyətidir.

Həmin qanunun 4.1-ci maddəsinin müddəalarına əsasən, muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əsasən məşğul şəxslərə aiddir.

Həmçinin Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və sudur.

Vergi Məcəlləsinin 13.2.16.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır.
Sorğunuzda qeyd olunan halda, Vergi Məcəlləsinin 96.4-cü maddəsi qeyri-rezident şəxslərin Azərbaycan Respublikasında məşğulluqdan, o cümlədən sahibkarlıq fəaliyyətindən, həmçinin mal təqdim edilməsindən əldə etdiyi gəlirləri üzrə vergitutma obyektini müəyyən edir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 96-cı maddələri, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?