19 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vergi orqanları tərəfindən 44,3 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib

Vergi orqanları tərəfindən 44,3 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib

2022-ci il ərzində vergi ödəməkdən yayınma, xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edilməsi, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması və s. faktlar üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 527 cinayət işi başlanılıb.

İstintaqı tamamlanmış 162 cinayət işindən 81 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, onlar barəsində müvafiq qərarlar qəbul edilib, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri də nəzərə alınmaqla dövlət büdcəsinə ümumilikdə 17,1 milyon manat ödənilib. Ötən il ərzində ümumilikdə 44,3 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.

2022-ci il ərzində müxtəlif fəaliyyət sahələri üzrə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 170 vergi ödəyicisində 317 nəzarət tədbiri keçirilib, həmin tədbirlərin nəticəsi üzrə 413 nöqsan aşkar edilib. Keçirilmiş operativ vergi nəzarəti tədbirlərində vergi ödəyicilərinə ümumilikdə 2,7 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində 2,4 milyon manat vəsait dövlət büdcəsinə ödətdirilib.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?