16 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi tutulan əməliyyatın aparıldığı vaxt necə müəyyən olunur?

Mövzunu “vergiler.az”a “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elxan Babayev şərh edir.

Vergi Məcəlləsinin 166.4 cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı iki formada müıyyən olunur.

1-ci hal:

Vergi ödəyicisi tərəfindən mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra dəyəri ödənilməyən malları (işləri, xidmətləri) qəbul edən digər vergi ödəyicisindən borc pul vəsaiti (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər istisna olmaql) alındığı zaman vergi tutulan əməliyyatın vaxtı borcun alındığı vaxt sayılır.

Misal 1: “AA” MMC 2022-ci ilin may ayında “BB” MMC-yə 15.000 manat (ƏDV-siz) dəyərində mal təqdim edib. Həmin ilin iyun ayında isə “BB” MMC qarşı tərəfə 7.000 manat borc pul verib. Malın dəyəri cari ilin iyul ayında ödənilib. “AA” MMC-də vergi tutulan əməliyyatın vaxtını və məbləğini müəyyən edək:

- 2022 may - ƏDV öhdəliyi yaranmır;

- 2022 iyun – 7.000 manat məbləğ ƏDV-yə cəlb edilir;

- 2022 iyul – 15.000-7.000 = 8.000 manat ƏDV-yə cəlb edilir.

2-ci hal:

Vergi ödəyicisi mal (iş, xidmət) təqdim edilməmişdən qabaq digər vergi ödəyicisindən (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər istisna olmaqla) əvvəlcədən borc pul alarsa, vergi tutulan əməliyyatın vaxtı mal təqdim edilən vaxt sayılır.

Misal 2: “BB” MMC 2022-ci ilin may ayında “AA” MMC-yə 10.000 manat borc pul verib. “AA” MMC həmin ilin avqust ayında qarşı tərəfə 4.000 manat (ƏDV-siz) dəyərində xidmət göstərib. Xidmətin dəyəri isə cari ilin sentyabr ayında tam ödənilib. “AA” MMC-də vergi tutulan əməliyyatın vaxtını və məbləğini müəyyən edək:

- 2022 may - ƏDV öhdəliyi yaranmır;

- 2022 avqust – 4.000 manat məbləğ ƏDV-yə cəlb edilir;

- 2022 sentyabr – 10.000 - 4.000 = 6.000 manat ƏDV-yə cəlb edilir.

Yadda saxlamaq lazımdır ki, vergi tutulan əməliyyatların vaxt tələbinə dəqiq əməl etmək üçün 1-ci halda olduğu kimi borcun alındığı ayda borcun məbləği qədər, 2-ci halda olduğu kimi xidmət göstərilən ayda borc məbləği qədər ƏDV öhdəliyinin yarandığı nəzərə alınmalıdır.

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?