11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?

 “vergiler.az”ın sualına “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Nahid İbrahim aydınlıq gətirir.

Vergi Məcəlləsinin 164.1.51 maddəsinə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV ödənişindən azaddır.

İTS-nin bütün ölkə üzrə tətbiqinə 1 yanvar 2020-ci ildən etibarən başlanılıb. İTS-nin tətbiqi çərçivəsində vacib məqamlardan biri də əhalinin yararlana biləcəyi xidmətlər toplusunun (xidmətlər zərfi) olmasıdır. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.

Sığortalı (işəgötürən və ya vergi ödəyicisi) tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan (işçi) tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal: Tutaq ki, qeyri-dövlət sektoruna aid şirkətdə çalışan işçinin 2022-ci ilin aprel ayında əməkhaqqı 1.500 manatdır. Bu zaman həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği:

1.500 x 2% = 30 manat (işçi) ;
1.500 x 2% = 30 manat (işəgötürən).

Beləliklə, həmin işçi dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində 60 manat məbləğində ödəniş edir və xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən həmin məbləğə ƏDV məbləği tətbiq edilmədən istifadə edir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?